Rusiyanın Ankaradakı səfirinin qətli ilə bağlı daha bir nəfər saxlanıldı

 12:42 15.08.2023     243

Türkiyə xüsusi xidmət orqanları Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun qətli işi üzrə daha bir nəfəri saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri yazıb.

Qeyd olunub ki, 2016-cı ilin 9 dekabrında Ankarada sərginin açılışında rusiyalı diplomatı güllələyən və hadisə yerində öldürülən polis əməkdaşı Mevlüt Mert Altıntaşa təşkilat içində tabe olan Ş.S-nin həyat yoldaşı A.S polis tərəfindən saxlanılıb.