Özbəkistan koronavirusa qarşı immun süd istehsalına başladı

 13:59 15.08.2023     265

Qaraqalpaqıstanın (Özbəkistanın tərkibində olan respublika) paytaxtı Nukusda koronavirusa qarşı süd istehsalına başlanılıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Nukusda fəaliyyət göstərən "Panaev Farms" immun süd və süd məhsullarının istehsalına başlayıb. SARS-CoV-2-ni zərərsizləşdirmək xüsusiyyətinə malik süd məhsullarının satışına başlanılıb", - məlumatda deyilir.

Bildirilir ki, 2021-ci ildə koronavirusa qarşı immun südün əldə edilməsi üzrə işlərə Özbəkistanın İnnovativ İnkişaf Agentliyi və Vyana Tibb Universiteti tərəfindən start verilib və onun çərçivəsində Panaev Farms-ın damazlıq heyvanları anti-covid rekombinant Özbəkistan-Çin ZF-UZ-VAC2001 peyvəndi ilə peyvənd edilib.

“Nəticələr göstərdi ki, ikinci dozadan iki həftə sonra peyvənd edilmiş inək və keçilərin zərdabında neytrallaşdırıcı anticisimlər əmələ gəlib” - mətbuat xidmətindən bildirilib. Həmçinin əlavə edilib ki, 2022-ci ilin oktyabrında pasterizə edilmiş südün sınaq istehsalına başlanılıb.

Turan İSMAYIL