Liviya paytaxtında silahlı toqquşmalarda 6 nəfər öldü

 15:03 15.08.2023     244

Liviyanın paytaxtı Tripolidə silahlı toqquşmalar nəticəsində 6 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Libya Al Ahrar TV” məlumat yayıb.

Qeyd olunub ki, silahlı qarşıdurmalarda 20 nəfər yaralanıb.

Həmçinin əlavə olunub ki, dünən axşam saatlarında şəhərin cənubunda baş verən atışmalar bu gün səhər saatlarında da davam edib.

Xatırladaq ki, dünən axşam saatlarında Ayn Zara və Salah Al-Din bölgələrində silahlı toqquşmalar başlayıb. Tripolidə vəziyyətin gərginləşməsinə səbəb kimi paytaxtın Hərbi Dairəsinin qoşunlarına daxil olan və Liviya Prezident Şurası ilə əlaqəli olan 444-cü briqada komandirlərindən birinin beynəlxalq hava limanında saxlanılması göstərilib.