Almaniya XİN rəhbərinnin təyyarəsində nasazlıq yarandı

 15:27 15.08.2023     305

Almaniyanın xarici işlər naziri Annalena Burbok təyyarə ilə bağlı problemlərə görə Avstraliyaya diplomatik səfərini təxirə salmaq məcburiyyətində qalıb.

Redaktor.az xəbər verir ki, o, müvafiq postu X-dəki hesabında (keçmiş tviter) yerləşdirib.

Burbok etiraf edib ki, vəziyyəti düzəltmək üçün hər cəhd edildi, lakin təyyarənin nasazlığı səbəbindən onun Hind-Sakit okean bölgəsinə səfəri mümkün olmadı.

O, bunun çox narahaetdici olduğunu vurğulayıb.

Diplomat həmçinin qeyd edib ki, bu regionla təmas “XXI əsrin dünya düzəninin formalaşması” üçün son dərəcə vacibdir.

Turan İSMAYIL