İsveç Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

 15:50 15.08.2023     266

İsveç Ukraynaya 3,4 milyard kron (təxminən 314 milyon dollar) dəyərində yeni hərbi dəstək paketi verməyi planlaşdırır. Bu paketə əsasən sursat və əvvəllər çatdırılmış silah sistemləri üçün ehtiyat hissələri daxildir.

Redaktor.az “Reuters”ə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı İsveçin müdafiə naziri Pol Yonsson deyib.

Conson mətbuat konfransında deyib: "Biz bunun uzanan müharibə ola biləcəyinə hazırlaşmalıyıq və həmçinin Ukraynaya göndərdiyimiz silah sistemlərini dəstəkləmək üçün uzunmüddətli perspektivimiz var".

Yeni hərbi yardım paketi İsveçin müharibə başlayandan bəri Ukraynaya verəcəyi ardıcıl 13-cü olacaq.

Turan İSMAYIL