"Donetsk və Luqanskda muxtariyyətdən söhbət gedə bilməz" - Ukrayna TŞ

 16:32 15.08.2023     236

“Donetsk və Luqanskda muxtariyyətdən söhbət gedə bilməz”.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, Krım yarımadasındakı muxtariyyət Ukrayna üçün kifayətdir: “Biz ərazi bütövlüyümüzü təmin edəcəyik. Donetsk və Luqansk da daxil olmaqla bütün işğal edilmiş ərazilərdə suverenliyimizi təmin edəcəyik”.

O.Danilovun fikrincə, Krımının “icarəyə götürülməsi” mümkün deyil, çünki tezliklə Rusiya onun sahibi olmaq istəyəcək: “Ukrayna bu müharibədə qalib gələcək, Rusiya isə məğlub olacaq”.

Qeyd edək ki, Krım, Donbas və Luqansk 2014-cü ildə işğal olunub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.