"ABŞ Asiya-Sakit okean regionu ölkələrinə təzyiq göstərir"

 17:14 15.08.2023     262

"ABŞ Asiya-Sakit Okean ölkələri qarşısında şərtlər qoyur: ya Qərbin tərəfini tut, ya da sanksiyalarla üzləş".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəhbəri admiral İqor Kostyukov bildirib.

"ABŞ administrasiyası bilərəkdən Asiya-Sakit okean dövlətlərini Rusiya və Çinə qarşı qoyur. Xüsusilə, ABŞ Ukrayna münaqişəsinin və Tayvan ətrafında gərginliyin artmasında əsas roluna məhəl qoymadan Asiya-Sakit Okean ölkələri qarşısında şərtlər qoyur: ya Qərbin tərəfini tut, yoxsa başqa cür Amerika sanksiyalarının diqqət mərkəzində olasan” - Kostyukov təhlükəsizlik konfransında deyib.

Xüsusilə, onun sözlərinə görə, Ukraynadakı münaqişəni uzatmaq üçün ABŞ Vyetnam, Kamboca və Taylanda “məqsədli təsir” göstərir, Kiyevi Sovet istehsalı olan zirehli texnika və döyüş sursatları ilə təmin etməyə çalışır.

"ABŞ-ın təzyiqi ilə Koreya Respublikası amerikalılara 500 min 155 millimetrlik artilleriya mərmisi verməyə razılaşıb ki, onların da əksəriyyəti artıq Kiyev rejiminə çatdırılıb", - admiral bildirib.

Turan İSMAYIL