Tramp Corciyadakı seçki saxtakarlığı ilə bağlı hesabat açıqlayacaq

 17:20 15.08.2023     246

ABŞ-ın keçmiş lideri Donald Tramp ona qarşı irəli sürülən yeni ittihamlara cavab olaraq 2020-ci ildə Corciyada keçirilən prezident seçkilərində seçici saxtakarlığı ilə bağlı hesabatı avqustun 21-də açıqlayacağını bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.

"Corciyada prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması ilə bağlı iri, əhatəli, ətraflı və təkzibedilməz hesabat gələn bazar ertəsi Bedfordda saat 11:00-da təqdim olunacaq. Bu hesabata əsasən, mənə qarşı bütün ittihamlar və digərləri atılmalıdır - tam reabilitasiya olmalıdır! Onlar heç vaxt seçkinin nəticələrini saxtalaşdıranları təqib etmədilər, yalnız saxtakarlara qarşı mübarizə aparanları təqib etdilər!" - Tramp qeyd edib.

Turan İSMAYIL