Qaqik Tsarukyan və ailə üzvləri prokurorluğa çağırıldı
“Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan və ailə üzvləri 21 avqustda prokurorluğa getmək üçün bildiriş alıb.
Redaktor.az xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb.
Qeyd olunub ki, Tsarukyanın və ailə üzvlərinin çağırılmasına səbəb onlara məxsus qanunsuz yolla əldə edilmiş əmlaklarla bağlı araşdırmadır.