Əfqanıstanda partlayış baş verdi

 18:23 15.08.2023     321

Əfqanıstanın şimal-şərqindəki Taxar əyalətində baş verən partlayış nəticəsində ən azı iki nəfər yaralanıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətinin nümayəndəsi TOLOnews telekanalına bildirib.

Onun sözlərinə görə, hadisə əyalətin inzibati mərkəzi - Talukan şəhərində baş verib. Avtomobilə partlayıcı qurğu qoyulub. Zərərçəkənlər yüngül bədən xəsarətləri alıblar.

Xatırladaq ki, avqustun 15-də Əfqanıstanda hakimiyyətdə olan radikal Taliban hərəkatının tərəfdarları hakimiyyətə gəlişlərinin ildönümünü qeyd edirlər. Bir neçə əyalətdə bu hadisəyə həsr olunmuş tədbirlər keçirilib. Onlarda yerli hakimiyyət nümayəndələri və Taliban döyüşçüləri, eləcə də yerli sakinlər arasından onun tərəfdarları iştirak ediblər. Xüsusilə, qonşu Taxar Pəncşir əyalətində bayram yürüşləri keçirilib.

Turan İSMAYIL