Yaponiya sahillərində güclü ZƏLZƏLƏ
Yaponiya sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 34 min nəfər əhalisi olan Hirara şəhərindən 12 kilometr cənub-qərbdə,36 kilometr dərinlikdə yerləşib.
Tələfat barədə məlumat verilməyib.
Yusif EYVAZLI