Braziliya işıqsız qaldı

 23:48 15.08.2023     302

Braziliyanın əksər ştatlarında genişmiqyaslı elektrik enerjisi kəsilib. 

Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə G1 məlumat yayıb.

Ölkədə elektrik enerjisinin kəsilməsi ilə bağlı insident çərşənbə axşamı, avqustun 15-i səhər saatlarında baş verib. Milli Sistem Operatoru və Mədən və Energetika Nazirliyi səhər saat 8-də baş vermiş nasazlığın səbəbini açıqlamayıb.

San-Pauluda elektrik problemi bir neçə metro xəttinə təsir edib. Şimal-şərqdəki Bahia əyalətinin paytaxtı Salvador şəhərində metro sərnişinləri relslər boyu gəzmək məcburiyyətində qalıblar. Braziliyanın bir çox böyük şəhərlərində işıqforlar fəaliyyətini dayandırıb.

Yusif EYVAZLI