Messinin fotosunu çəkməyə çalışan şəxs DÖYÜLDÜ

 23:59 15.08.2023     346

Lionel Messi, Serxio Busquets, Jordi Alba və Amerika klubunun sahiblərindən biri Devid Bekhem ailələri ilə nahar etdikləri zaman restorana gələn ziyarətçini mühafizə işçiləri döyüb.

Redaktor.az "Lenta.ru"ya istinadən xəbər veir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Mənbənin sözlərinə görə, mühafizəçilər həmin şəxsin Messinin şəklini çəkməyə çalışdığını düşünüblər. 

Zərərçəkmiş bildirib ki, ona hücum edib, restorandan qovub, üzünə vurublar.

Yusif EYVAZLI