Türkiyənin 4 vilayətində meşə yanğını var

 11:22 16.08.2023     269

Türkiyənin Bolu, Antalya, Bingöl və Bayburt şəhərlərində baş verən yanğınların söndürülməsi üçün hava və qurudan əməliyyatlar davam edir. 

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, küləyin təsiri ilə yanğın böyüyüb.

İlkin məlumata görə, yanğın elektrik nasazlığı səbəbindən yaranıb. Yanğın baş verən meşələrdə araşdırmalar aparılır.

Humay İSGƏNDƏRLİ