Havay adalarındakı yanğınlarda ölənlərin sayı artdı

 11:25 16.08.2023     222

Amerika Birləşmiş Ştatlarının Havay ştatında baş verən yanğınlarda həyatını itirənlərin sayı 106-ya çatıb.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu yanğınlar ABŞ-da bir əsrdən artıq müddətdə ən ölümcül yanğınlar kimi qeydə alınıb.

ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti cəsədlərin axtarışını gücləndirdiyini deyib. 

Humay İSGƏNDƏRLİ