Zukerberq Mask əvəzinə UFC döyüşçüsü ilə döyüşə bilər

 12:30 16.08.2023     273

Meta korporasiyasının rəhbəri Mark Zukerberq sahibkar İlon Maskla döyüş əvəzinə UFC (Ultimate Fighting Championship) döyüşçülərindən biri ilə dueldə iştirak edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə TMZ Sports-a çempionatın prezidenti Dana Uayt məlumat verib.

"Mən ilk gündən deyirəm ki, Mark çox ciddi oğlandır. O, idmanı sevir və çox məşq edir. Düşünürəm ki, o, həqiqətən UFC-də döyüşməyə hazırdır", - Uayt deyib.

Daha əvvəl Zukerberq özünün Threads sosial şəbəkəsində (Meta-ya məxsusdur) “diqqətini idmana ciddi yanaşan insanlarla yarışmağa yönəldəcəyini” bildirərək, Maskı döyüşdə ciddi olmadığına görə qınayıb.

Xatırladaq ki, Tesla və SpaceX-in sahibi İlon Mask X (keçmiş tviter) sosial şəbəkəsinə rəqib olan tətbiqi işə salmaq niyyəti barədə məlumat peyda olduqdan sonra Meta rəhbərini döyüşə çağırıb.

Turan İSMAYIL