Cənubi Afrikada COVID-19-un yeni variantı müəyyən edildi
Cənubi Afrikada ilk dəfə olaraq COVID-19-un "Eris" kimi tanınan yeni EG.5 variantı müəyyən edilib. EG.5 infeksiyasına ilk yoluxma halı ölkənin şimalındakı Gauteng əyalətində aşkar edilib.
Redaktor.az news.ru-ya istinadla xəbər verir ki, Milli Səhiyyə Departamenti Cənubi Afrikada yeni COVID-19 EG.5 və ya "Eris" variantının ilk hadisəsini təsdiqləyib.
Qurum bütün sakinlərə dərhal peyvənd etməyi tövsiyə edib.
Turan İSMAYIL