Litva Belarusla sərhəddə keçid məntəqələrini BAĞLAYIR
Litvanın avqustun 18-dən Belarusla sərhəddə iki keçid məntəqəsini bağlamaq qərarı növbəti qeyri-konstruktiv və qeyri-dost addımdır.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Belarus Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıkovski bildirib.
“Litva hökumətinin avqustun 18-dən Belarusla sərhəddəki Şumskas (bitişik Belarus - Loşa) və Tveryaçyus (Vidzı) yol-keçid məntəqələrini bağlamaq qərarı qonşularımızın növbəti qeyri-konstruktiv və qeyri-dost addımıdır" - o, deyib.
Sərhəd komitəsi qeyd edib ki, Litva siyasi ambisiyaları naminə sərhəddə qəsdən süni maneələr yaradır.
Turan İSMAYIL