Avropa İttifaqı Ukrayna və Moldovaya 135 milyon avro köçürəcək

 16:42 16.08.2023     243

Avropa Komissiyası Rusiya və Belarusla Avropa sərhədyanı əməkdaşlıq proqramlarından (İnterreg) 2021-2027-ci illər üçün ayrılmış 135 milyon avronun Ukrayna və Moldovaya köçürülməsinə qərar verib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bəyanatda Aİ-nin qərarını Rusiya Federasiyasının Ukraynada apardığı müharibə ilə əsaslandıran İnkişaf və İslahatlar üzrə Avropa Komissarı Eliza Ferreranın sözlərinə istinad edilir.

2022-ci ilin mart ayından etibarən Avropa Komissiyası Rusiya və Belarusla hər hansı təmasları məhdudlaşdırmaq kursu götürüb. İlk addım birbaşa uçuşların ləğvi oldu, ona görə də Brüssel, Moskva və Minsk arasında transsərhəd əlaqələrin, infrastrukturun, təhsilin və vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş proqramlar öz əhəmiyyətini itirdi.

Turan İSMAYIL