"Minsk və Pekinin hərbi əməkdaşlığı görünməmiş səviyyəyə çatıb" - Nazir

 17:15 16.08.2023     268

Minsk və Pekin hərbi sahədə əməkdaşlığın görünməmiş yüksək səviyyəsinə çatıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin Minskdə çinli həmkarı Li Şanqfu ilə görüşündə deyib.

"Ölkələrimiz əməkdaşlığın görünməmiş yüksək səviyyəsinə çatıb. Biz hər cür şəraitə uyğun və hərtərəfli strateji tərəfdaşlığa nail olmuşuq", - o deyib.

Turan İSMAYIL