İordaniya ordusu Suriyadan buraxılan PUA-nı vurdu

 17:19 16.08.2023     304

İordaniya silahlı qüvvələri Suriya ilə sərhəddə partlayıcı maddə olan pilotsuz təyyarəni vurub.

Redaktor.az xəbər verir ki, bu barədə “Petra” agentliyi ordudakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, PUA qonşu Suriya ərazisindən buraxılıb, qurğu krallığın ərazisinə uçduqdan sonra vurulub.

Agentlik pilotsuz təyyarədə olan partlayıcı maddələrin miqdarı barədə məlumat verməyib.

Turan İSMAYIL