Şoyqunun sabiq müavini öldü

 17:30 16.08.2023     316

Moskvada Rusiyanın Suriyadakı silahlı qüvvələri qruplaşmasının qərargahının keçmiş rəisi, Şərq Hərbi Dairəsinin qoşunlarının keçmiş komandanı, general-polkovnik Gennadi Jidko 58 yaşında ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Gennadi Jidko 2016-cı ildə Rusiya Silahlı Qüvvələrinin Suriyadakı qərargah rəisi vəzifəsində çalışıb, 2018-ci ildə isə Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı təyin edilib. 2017-ci ildə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb.

2021-ci ildə Rusiya Federasiyası müdafiə nazirinin müavini təyin edilib. 2022-ci ilin iyulunda onu Viktor Qoremikin əvəz edib. 6 iyul - 5 oktyabr 2022-ci il tarixlərində Gennadi Jidko yenidən Hava Hücumundan Müdafiə Qüvvələrinin qoşunlarına rəhbərlik edib. Bəzi KİV-lər onun 2022-ci ilin mayında Ukraynadakı Rusiya Silahlı Qüvvələrinə rəhbərlik etdiyini yazıblar.