İsveçrə Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 11-ci paketini dəstəklədi
İsveçrə Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 11-ci sanksiyalar paketinə qoşulmağa qərar verib.
Redaktor.az MK-ya istinadla xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası məlumat yayıb.
“16 avqust 2023-cü ildə Federal Şura 11-ci sanksiyalar paketi çərçivəsində Avropa İttifaqının təsdiqlədiyi tədbirləri qəbul edərək Rusiyaya qarşı yeni tədbirləri təsdiqləyib”, - Şuranın bəyanatında deyilir.
Qeyd edək ki, 2022-ci ilin əvvəlindən İsveçrə Rusiyaya qarşı demək olar ki, bütün Avropa sanksiyalarına qoşulub. Sanksiyalar çərçivəsində İsveçrə Rusiyanın 8,1 milyard dollarlıq aktivlərini, Credit Suisse (CS) isə ölkədə qeydə alınan 17,6 milyard frank (19,7 milyard dollardan çox) dəyərində Rusiya aktivlərinin üçdə birindən çoxunu dondurub və ya bloklayıb.
Turan İSMAYIL