İstanbulun 2 aylıq su ehtiyatı qalıb
Yayın isti və quraq keçməsi ilə əlaqədar Türkiyənin İstanbul şəhərində su ehtiyatı normanın 33,4%-nə qədər azalıb ki, bu da 2014-cü ildən bəri ən aşağı göstəricidir.
Redaktor.az "A-haber" telekanalına istinadla xəbər verir ki, yerli meriyanın statistikasına görə, 16 milyonluq şəhərin su anbarlarında 61 günlük su ehtiyatı qalıb.
Bu məlumatlara görə, metropolun 10 su anbarından 6-da su ehtiyatı normanın 20 faizindən aşağı düşüb. Onların ən azı - 4,47%-i İstanbulun Avropa hissəsindəki Pabuçdere bəndindədir.
İki həftə əvvəl İstanbulda su təchizatı normanın 37 faizini təşkil edirdi. Meriyanın su təsərrüfatı şöbəsindən verilən məlumata görə, şəhərin bəndlərində su ehtiyatı normada 868,7 milyon kubmetr olmalıdır. İndi onlar 290 milyon kubmetrə qədər azalıb. 2014-cü ilin avqustunda vəziyyət daha kritik idi, sonra su ehtiyatı 150 milyon kubmetr təşkil edib.
İstanbulda ən aşağı su səviyyəsi 2014-cü ilin mart ayında normanın 28,9%-i, maksimum 95%-i 2015-ci ildə qeydə alınıb.
Turan İSMAYIL