Putin rusların az balıq yeməsindən narazı qaldı
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, rusiyalılar ildə orta hesabla tövsiyə olunan normadan 5,4 kq az balıq istehlak edirlər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bu məsələni Balıqçılıq üzrə Federal Agentliyin rəhbəri İlya Şestakovun da iştirak etdiyi hökumətlə görüşdə qaldırıb.
Bədən tərbiyəsi və idman mövzusundan bəhs edən Rusiya lideri qeyd edib ki, sağlam qidalanma, o cümlədən dəniz məhsulları istehlakı sağlamlıq üçün heç də az əhəmiyyət kəsb etmir.
“Bizim balıq istehlakımız 2022-ci ildə adambaşına 22,6 kq təşkil edib və Səhiyyə Nazirliyinin tövsiyələrinə görə, bu, adambaşına 28 kq olmalıdır”, - Putin deyib.
"İlya Vasilyeviç, istədiyimiz nəticəni əldə etməyə bizə nə mane olur?" - prezident Balıqçılıq üzrə Federal Agentliyin rəhbərinə müraciət edib.
Turan İSMAYIL