Avropa ölkələri istilərin artacağı ilə bağlı xəbərdarlıq ETDİ

 19:32 16.08.2023     324

Bu həftə Fransa, Almaniya və İtaliyanın bir sıra bölgələri istilərin artması ilə üzləşəcək. 

Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Avropa ölkələrinin bir çox iri şəhərlərində temperaturun normadan yüksək artımı qeydə alınacaq.

Fransanın Lion və Qrenobl şəhərlərində yerli sakinlərə narıncı səviyyəli hava təhlükəsi barədə xəbərdarlıq edilib. Səhər saat 11-dən axşam 9-a kimi çox zərurət olmadıqda küçəyə çıxmamaq tövsiyə olunub.

Yusif EYVAZLI