ABŞ-ın yeni səfiri tezliklə Nigerə gedəcək - Dövlət Departamenti

 22:54 16.08.2023     287

Dövlət Departamenti ABŞ-ın yeni səfiri Ketlin Fitsqibbonun Nigerə tezliklə gələcəyini təsdiqləyib.

Redaktor.az-ın TASS-a istinadla məlumatına görə, Departamentin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə bildirib ki, bu, bir qrup hərbçinin prezident Məhəmməd Bazumu hakimiyyətdən uzaqlaşdırdığı bu Afrika ölkəsindəki vəziyyətlə bağlı Vaşinqtonun mövqeyinin dəyişməsi demək deyil.

"Biz bir il davam edən təsdiq prosesindən sonra iyulun sonunda səfir Fitzgibonun təsdiqlənməsindən şadıq. Səfir Fitsqibbonun Niameyə gəlişini səbirsizliklə gözləyirik.
Burada o, Amerika icmasına dəstək olmaq və ABŞ hökumətinin səylərini əlaqələndirmək üçün kritik bir zamanda bir missiyaya rəhbərlik edəcək" - Patel deyib.

"Səfirimizin gəlişi bizim mövqeyimizdə dəyişikliyə dəlalət etmir. Biz Nigerdə ​​konstitusiya quruluşuna riayət olunmasını və prezident Bazum və ailəsinin dərhal azad edilməsini nəzərdə tutan diplomatik həll yolunu müdafiə etməyə davam edəcəyik", - Dövlət Departamentinin sözçüsü bildirib.

Xatırladaq ki, avqustun 3-də Dövlət Departamenti çevrilişlə əlaqədar ABŞ-ın Nigerdəki səfirliyinin əməkdaşlarının bir hissəsinə və onların ailələrinə ölkəni tərk etmək əmri verib. Diplomatik nümayəndəlik məhdud tərkibdə fəaliyyətini davam etdirib.

Turan İSMAYIL