Rusların 16 milyon dollarlıq 2 helikopteri məhv edildi

 13:03 17.08.2023     218

Rusiya ordusuna məxsus 2 ədəd Ka-52 helikopteri Ukrayna ordusu tərəfindən zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun rəsmiləri məlumat yayıb.

Helikopterlərdən biri Zaporojye, digəri Baxmut istiqamətində məhv edilib.

Xatırladaq ki, Rusiya ordusu müharibə başlayandan bəri 133 ən müasir Ka-52 helikopterindən 40-a yaxınını itirib.

Açıq mənbələrin məlumatına görə, helikopterin birinin qiyməti 16 milyon dollardır.