Latviya hökuməti rəsmən istefa verdi

 16:15 17.08.2023     346

Latviyanın Baş naziri Krisjanis Karins hökumətin istefası barədə respublika prezidenti Edqars Rinkeviçsə rəsmi məlumat verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Rus.lsm.lv” portalı məlumat yayıb.

Bildirilib ki, mətbuat konfransında dövlət başçısı Nazirlər Kabinetinin istefası barədə məlumatı təsdiqləyib, Karinsə gördüyü işlərə görə təşəkkür edib və bildirib ki, gələn həftə Seymdə (respublikanın birpalatalı parlamenti) təmsil olunan siyasi qüvvələrlə məsləhətləşmələr aparılacaq, yeni koalisiya qurmağa başlayacaq. Rinkeviç onu da qeyd edib ki, Latviya cəmiyyəti “yüksək elektrik enerjisi tarifləri, bank kreditləri üzrə faiz dərəcələri və ərzaq qiymətlərinin artması kimi bir sıra məsələlərin həllini gözləyir”.

Hökumət böhranının səbəbi səhiyyə, təhsil, işçi qüvvəsi çatışmazlığı, kapital bazarının inkişafı və büdcə ilə bağlı bir sıra fundamental məsələlərdə hakim koalisiya üzvləri arasında ziddiyyətlər olub.

Turan İSMAYIL