"Onlar doğrudanmı Allah-Təalanın qəzəbindən çox ABŞ və Avropanın sanksiyalarından qorxurlar?"

 16:34 17.08.2023     304

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Qərb ölkələrində Quranın yandırılması ilə bağlı çoxsaylı aksiyalarla bağlı İslam ölkələrinin liderlərinə müraciət edib. O, müsəlmanları çox gec olmadan “oyanmağa” və dinlərini təcavüzdən qorumağa çağırıb.

Redaktor.az xəbər verir ki, Kadırovun İslam ölkələrinin hakimiyyət orqanlarına müraciətinin tam videosu avqustun 17-də “Moskovski Komsomolets” Teleqram kanalında yayımlanıb.

“Hazırda müsəlman dövlətlərinin rəhbərləri haradadır? Niyə onlar Müqəddəs Yazılarımızın açıq-aşkar tapdalanmasına icazə verirlər və müsəlmanları və İslam dinini qorumaq üçün heç bir mühüm addım atmırlar?!” - deyən Kadırov İslam ölkələrinin rəhbərlərindən də soruşub ki, onlar doğrudanmı Allah-Təalanın qəzəbindən çox ABŞ və Avropanın sanksiyalarından qorxurlar?

“Mən İslam dövlətlərinin liderlərini oyanmağa və dinimizi hər hansı cinayətkar təcavüzdən qorumaq üçün mümkün olan hər şeyi etməyə çağırıram. Əks halda çox gec olacaq" - o, əlavə edib.

Turan İSMAYIL