NATO və Ukrayna arasında qalmaqal

 17:14 17.08.2023     342

NATO-nun baş katibi Yens Stoltenberq öz ofisinin rəhbəri ilə Ukrayna ərazilərinin Alyansa üzvlük üçün dəyişdirilməsi imkanları ilə bağlı qalmaqalı şərh edib.

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, Norveçdə keçirilən konfransda baş katib vurğulayıb ki, hər hansı danışıqlara qoşulmaq üçün şərtlərin nə vaxt olduğunu və hansı həllin məqbul olduğuna yalnız Ukrayna qərar verir.

Onun sözlərinə görə, NATO-nun rolu Ukraynaya dəstək verməkdir.

“Onun [Yenssenin] mesajı və bu, NATO-nun əsas mesajı olan mənim əsas mesajım, birincisi, NATO-nun siyasətinin dəyişməz olmasıdır - biz Ukraynanı dəstəkləyirik”, - Stoltenberq yekunlaşdırıb.

Qeyd edək ki, NATO ofisinin rəhbəri Stian Yenssen Ukraynanın Alyansa üzvlük müqabilində bəzi ərazilərdən imtina etməsini mümkün variant adlandırıb.

Onun bu açıqlaması Ukrayna Xarici İşlər Nazirliyində və Milli Təhlükəsizlik və Müdafiə Şurasında hiddətə səbəb olub. Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak da qalmaqala sərt reaksiya verib. Onun sözlərinə görə, NATO faktiki olaraq Rusiyaya ukraynalıları öldürmək üçün bütün texnologiyalarını təkmilləşdirmək, əlavə resurslar toplamaq və müharibəni “dəyənək kimi” gələcək nəsillərə ötürmək imkanı verməyi təklif edir.

Daha sonra Jenssen üzr istəyib və sözlərinin səhv olduğunu bildirib.

Turan İSMAYIL