Zelenski vilayət hərbi komissarlarını istefaya göndərdi
Ukrayna prezidenti Volodimir Zelenski bütün regional hərbi komissarların işdən çıxarılması ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının 11 avqust tarixli qərarını qüvvəyə mindirib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, fərman dövlət başçısının saytında yerləşdirilib.
Qeyd edək ki, Zelenski avqustun 11-də sosial şəbəkələrdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının müvafiq qərarını açıqlayıb. Əsas məsələlərdən biri də “hərbi komissarlıqlar”da aparılan yoxlamanın nəticələri olub.
Prezidentin sözlərinə görə, ümumilikdə, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hərbi komissarlıqların vəzifəli şəxsləri barəsində 112 cinayət işi üzrə araşdırma aparır, onlardan 33-ü artıq şübhəli bilinib.
"Biz bütün regional hərbi komissarları işdən çıxarırıq" - Zelenski deyib.
Dövlət başçısının fikrincə, bu sistemi müharibənin nə olduğunu, müharibə zamanı sinizm və rüşvətxorluğun niyə xəyanət olduğunu dəqiq bilən insanlar idarə etməlidir.
Turan İSMAYIL