Bu ölkə özünün Mi-24 helikopterlərini Ukraynaya verəcək
Çex Ordusu Rusiya istehsalı olan Mi-24V helikopterlərini Amerikanın Bell şirkətinin istehsalı olan UH-1Y Venom və AH-1Z Viper döyüş helikopterlərini aldıqdan sonra Ukraynaya təhvil verəcək.
Redaktor.az xəbər verir ki, bu barədə T24 telekanalı Çex Respublikasının müdafiə naziri Yana Çernoxovaya istinadən məlumat yayıb.
Ümumilikdə, ABŞ-la imzalanmış müqaviləyə əsasən, Çex ordusu Amerikanın Bell şirkətinin istehsalı olan 12 çoxməqsədli döyüş helikopteri alacaq. Onların alınması Çexiya silahlı qüvvələrinə 17,6 milyard kron (təxminən 793 milyon dollar) başa gəlib.
Çex Sovet istehsalı olan döyüş helikopterlərinin ilk partiyasını 2022-ci ilin yayında Ukraynaya təhvil verib. O zaman köçürülən helikopterlərin sayı dəqiqləşdirilməyib.
Çex KİV-lərinin məlumatına görə, bu dəfə 15-ə yaxın sovet helikopteri Ukraynaya ötürülə bilər.
Turan İSMAYIL