Körpələrin ağzından əmzik qaçıran adam axtarışa verildi

 18:15 17.08.2023     300

İngiltərə polisi əmzik oğrusunu axtarır.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Harlou şəhərində bir nəfərin körpələrə yaxınlaşaraq ağızlarından əmzik götürməsi ilə bağlı 4 hadisə qeydə alınıb.

Şübhəlinin 20 yaşlarında gənc oğlan olduğu ehtimal olunur. Polis bu hadisələri araşdırmağa başlayıb və axtarışda olan şəxsin fotosunu dərc edib.

Qeyd olunub ki, fotoda onun üzü düşmür, arxadan çəkilmiş bir fotodur.

Humay İSGƏNDƏRLİ