Ukrayna AliExpress-in sahibini "qara siyahı"ya saldı

 18:44 17.08.2023     261

Ukraynanın Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliyi Çinin Alibaba Group şirkətlər qrupuna məxsus AliExpress ticarət platformasının sahibini “müharibənin beynəlxalq sponsorları siyahısı”na daxil edib.

Redaktor.az xəbər verir ki, Ukrayna mətbuatının yazdığına görə, nazirlik buna səbəb şirkətin Rusiyada fəaliyyətini davam etdirməsi, “xarici malların satışı üçün beynəlxalq platforma təqdim etməsi” olduğunu bildirib.

Şirkət həmçinin Novorossiysk limanı vasitəsilə Ukraynadakı müharibə zonasındakı müəssisələrdən ixrac edilən misdən hazırlanmış malları "Alibaba" platformasında satmaqda ittiham olunur.

Şirkətin “qara siyahı”ya salınmasının digər səbəbi “Alibaba”nın ukraynalı istifadəçilərinin “senzurası”, “platformada rusiyayönlü mesajların silinməməsi”dir.

Turan İSMAYIL