Kolumbiyada 5,9 bal gücündə zəlzələ baş verdi

 21:42 17.08.2023     337

Cümə axşamı Kolumbiyada 5,9 bal gücündə zəlzələ qeydə alınıb. 

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 321 min nəfər əhalisi olan Villavisensio şəhərindən 18 km şimalda, 14 km dərinlikdə yerləşib. 

Yusif EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən