Ruslar Krım körpüsünü yenə bağladı

 23:40 17.08.2023     322

Rus işğalçıları bu gün, avqustun 17-də axşam saatlarında Krım körpüsünü bağlayıblar. Səbəblərini açıqlamırlar.

Redaktor.az "RBC-Ukrayna"ya sitinadla xəbər verir ki, bunun səbəbi açıqlanmayıb.

Körpüdə avtomobillərin hərəkətinin dayandırılması ilə bağlı mesajlar saat 19:36-da görünməyə başlayıb.

Daha sonra bu məlumatı Krımın “Nəqliyyat Nazirliyi” adlanan qurum da təsdiqləyib. Hazırda körpü hələ də bağlıdır.

Turan İSMAYIL