Almaniyada güclü yağış daşqınlara səbəb oldu

 10:47 18.08.2023     253

Almaniyanın cənubundakı Bavariya əyalətində yağan güclü yağış daşqınlara səbəb olub.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əyalətdə bir çox yerdə elektrik enerjisi kəsilib və əsas avtomobil yolu nəqliyyatın hərəkəti üçün qismən bağlanıb.

Çoxlu sayda küçə və zirzəmiləri, yeraltı qarajları su basıb. Maşınlar yeraltı keçidlərdə su altında qalıb. Alman mətbuatında yer alan fotoşəkillərdə xilasetmə qruplarının küçələrdə qayıqlarla vətəndaşlara yardım etdiyi görünür.

Humay İSGƏNDƏRLİ