Ailələri evlənməyə icazə vermədi, canlarına qıydılar - FOTO
Türkiyənin Qorkut rayonunda yaşayan Dilan Tuna və Yakup Sönmez adlı cütlük 3 gün arayla intihar ediblər.
Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, intihar edən cütlük eyni yerdə dəfn olunub.
Təxminən 3 il əvvəl Yakup Sönməzin ailəsi Dilanı ailəsindən istəyib. Dilanın atası qızının çox kiçik olduğunu əsas gətirərək onu verməyib. 3 il ərzində bu hal dəfələrlə təkrarlanıb. Evlənə bilmiyəcəklərini görən Dilan canına qıyaraq intihar edib. Onun vəfatından təsirlənən Yakup da canına qıyıb.
Humay İSGƏNDƏRLİ