Moskvada ticarət mərkəzi partlayış təhlükəsi səbəbindən boşaldıldı
Rusiyanın paytaxtındakı "Moskva city" ticarət mərkəzi partlayış təhlükəsi səbəbindən boşaldılıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, naməlum şəxs “Afimall city” və “IQ-kvartal” ticarət mərkəzində partlayış təhlükəsi barədə məlumat verib, təxliyə aparılır.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, binalarda həyəcan siqnalları işə düşüb.
Turan İSMAYIL