Avstraliya, ABŞ və Yaponiya bu ay Cənubi Çin dənizində hərbi təlimlər keçirəcək

 15:59 18.08.2023     241

Avstraliya, ABŞ və Yaponiya bu ay Cənubi Çin dənizində hərbi təlimlər keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo News” agentliyi məlumat yayıb.

Agentliyin sözlərinə görə, 23 avqustda keçiriləcək birgə hərbi təlimlərin məqsədi Çin gəmilərini müşahidə etmək olacaq.

Təlimlərdə iştirak etmək üçün üç ölkə Filippinə hərbi gəmilər göndərəcək.

Həmçinin əlavə olunub ki, Avstraliya, Hindistan, ABŞ və Yaponiya Silahlı Qüvvələrinin birgə iştirak etdiyi “Malabar” təlimləri 21 avqustda başa çatdıqdan sonra Cənubi Çin dənizində təlimlər başlayacaq.