Ukrayna PUA-ları Moskvada həyəcan yaşatdı

 16:01 18.08.2023     264

Rusiyanın paytaxtı Moskvada gecə saatlarında baş verən partlayışların təfərrüatları ortaya çıxıb. Məlum olub ki, üç pilotsuz təyyarə (PUA) Moskvaya hücum edib. Onlardan biri hədəfi vurub.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Eksposentrə düşən pilotsuz təyyarə vurulmayıb. Çox güman ki, ruslar üç PUA-dan yalnız birini - Kuntsevo ərazisinə endiriblər. Moskva şəhərinə uçan pilotsuz təyyarə isə planlaşdırılan hədəfi vurub.

Məlumata görə, saat 03:30 radələrində Kremlin komendantlığına 1-ci Hava Hücumundan Müdafiə Ordusundan Krasnoqorskdan 3 PUA-nın uçması barədə xəbər daxil olub. Məlumat təcili yardım kanalları vasitəsilə dərhal yayılıb.

Saat 03:38-də yerli sakin polisə müraciət edərək bildirib ki, 250 metr hündürlükdə Novorijskoye şossesi boyunca uçan pilotsuz uçan aparat - qırmızı işığı olan boz tipli təyyarə diqqətini çəkib.

5 dəqiqədən sonra 2 moskvalı dərhal Kuntsevo üzərindəki 9-cu mərtəbə səviyyəsində 2 PUA-nın uçduğunu bildirib. Qadınlar partlayış səsləri eşidiblər, görünür, həmin an hava hücumundan müdafiə sistemi işləyirdi və qurğulardan biri vurulub.

Xatıeladaq ki, avqustun 18-nə keçən gecə Rusiya Federasiyasının paytaxtında Moskvanın mərkəzinə pilotsuz təyyarənin düşməsi barədə ictimai səs-küylü xəbər yayılıb. Rusiyanın TV kanallarının məlumatına görə, Eksposentr pavilyonlarından birində qismən ziyan dəyib.

Digər kanallarının məlumatına görə, Eksposentr ərazisinə düşən pilotsuz təyyarə Ukrayna istehsalı olan “Bober” kamikadze dronudur. 

Turan İSMAYIL