Britaniyada 100 mindən çox uşaq yoxsulluq həddinin altındadır

 16:23 18.08.2023     334

Böyük Britaniyada ən azı 120 min uşaq yoxsulluq həddinin altında yaşayır və onların əsas ehtiyacları ödənilə bilmir.

Redaktor.az TASS-a istinadla xəbər  verir ki, bu barədə Britaniyanın "Buttle UK" xeyriyyə təşkilatı məlumat yayıb.

Bildirilib ki, bu təşkilat tərəfindən yardım edilən 200 min uşağın 60%-i yoxsulluq içində yaşayır. Bu göstərici ötən illə müqayisədə 15% çoxdur. "Buttle UK" İngiltərədəki ailələrin 57%-i qida ehtiyaclarını ödəyə bilmir, 58%-i elektrik enerjisi üçün pul ödəyə bilmir, 63%-i isə əsas mebel və məişət avadanlıqlarından məhrumdur.

Yoxsulluq həddində yaşayan uşaqların 64%-nin məişət zorakılığına məruz qaldığı, 55%-nin isə baxımsız qaldığı qeyd edilir.

"Buttle UK"un hesabatında deyilir ki, daha çox uşağı yoxsulluğa sövq edən koronavirus pandemiyasının fəlakətli təsiri və yaşayış dəyəri böhranıdır.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən