Qazaxıstanda Leninin abidəsini uçurdular

 17:01 18.08.2023     295

Qazaxıstanda bərpa işləri zamanı Leninin abidəsi postamentdən atılıb. Hadisə Altay şəhərində baş verib.

Redaktor.az xəbər verir ki, müvafiq videonu ORDA yayıb. Rayon dövlət administrasiyasından jurnalistlərə bildiriblər ki, bu, təsadüfən baş verib.

"Təmir zamanı yükləyici abidənin hərəkətinə icazə verib. Nəticədə abidə postamentdən yıxılıb. Hüquq-mühafizə orqanları hadisənin hansı şəraitdə baş verdiyini araşdırır", - deyə rəsmilər bildirib.

Yerli sakinlər qəzetin müxbirinə bildiriblər ki, abidənin yerində görkəmli Qazaxıstan şəxsiyyətlərindən birinin abidəsi ucaldıla bilər. Bu arada yk-news.kz yazır ki, yıxılma nəticəsində Leninin əli qopub, təmirdən sonra yerinə qaytarılmalıdır.

Xatırladaq ki, iyun ayında Polşanın Qlubçitsa şəhərində 1945-ci ildə orada quraşdırılmış “Qırmızı Orduya təşəkkür abidəsi” sökülüb.

Bu yaz Riqada şair Aleksandr Puşkinin abidəsi, ötən ilin yayında isə “Sovet Latviyasını və Riqanı nasist işğalçılarından azad edənlərə” ucaldılmış abidə sökülüb.

Finlandiyada Leninin sonuncu abidəsi ötən il sökülüb.

Turan İSMAYIL