“Taliban”ın məmur təyin etdiyi şəxsi öz cangüdəni qətlə yetirdi
Əfqanıstanın Kündüz vilayətində “Taliban” tərəfindən təyin edilən məmur öz cangüdəni tərəfindən öldürülüb.
Redaktor.az xəbər verir ki, hadisə kameralar tərəfindən qeydə alınıb.
Öldürülən şəxs Kündüz vilayətində “Taliban” polisinin narkotiklərlə mübarizə şöbəsinin rəhbəri Kari Samiulla Nafizdir.
Qətli törədən mühafizəçi artıq həbs edilib, cinayətin motivləri barədə məlumat verilmir.