ABŞ, Yaponiya və Cənubi Koreya NATO-nun Asiyada analoqunu yaradır?
ABŞ Yaponiya və Cənubi Koreya ilə NATO xətti ilə formal hərbi ittifaq yaratmaq niyyətində deyil.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Biz birbaşa olaraq belə bir məqsəd qoymuruq. Bu, şübhəsiz ki, Sakit okeandakı NATO deyil”, - o, əlavə edib.
Qeyd edək ki, bu gün ABŞ prezidentinin Kemp Deviddəki iqamətgahında ABŞ, Cənubi Koreya və Yaponiya liderlərinin ilk sammiti keçiriləcək.
Turan İSMAYIL