Övladlığa götürdüyü uşaqlarla porno film çəkən cütlük həbs olundu

 18:49 18.08.2023     648

Rusiyanın Sankt-Peterburq şəhərində əvvəllər övladlığa götürülmüş uşaqlara qarşı sui-istifadə etdiklərinə görə saxlanılan cütlük uşaq pornoqrafiyasının hazırlanmasında ifşa edilib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, 2022-ci ilin sentyabrında 55 yaşlı kişi və onun 53 yaşlı birgə yaşadığı övladlığa götürdükləri oğlu (2010-cu il təvəllüdlü) və qızı (2011-ci il təvəllüdlü) cinsi təcavüzə məruz qaldıqları üçün polis əməkdaşları tərəfindən saxlanılıb. 

“Saxlanılan şəxslər əlavə olaraq ifşa ediliblər ki, 2022-ci ilin mart ayından noyabr ayına qədər Qrajdanski prospektindəki 113 ünvanındakı mənzildə olarkən yetkinlik yaşına çatmayan oğlu və qızının pornoqrafik təsvirləri olan materiallar hazırlayıb saxlayıblar”, - məlumatda deyilir.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hadisəni törədən hər iki şəxsin həbsdə olduğu bildirilir.

Turan İSMAYIL