Yuri Qaqarinin abidəsi bərpa olunacaq

 19:19 18.08.2023     299

Moskvanın paytaxtında Yuri Qaqarinin ucaldılmış abidəsinin bərpasına başlanılıb. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Moskva merinin rəsmi saytında məlumat verilib.

“Bütün işlər Moskva Mədəni İrs Departamentinin mütəxəssislərinin nəzarəti altında aparılacaq və ən azı iki il çəkəcək. Abidənin mədəni irs obyekti statusu var”, - deyə paytaxtın mədəni irs şöbəsinin müdiri Aleksey Yemelyanov bildirib.

Abidənin hündürlüyü 42 metrdir. Onun əsas hissəsi titandandır. Astronavtın heykəli boltlar ilə bərkidilmiş 239 titan elementdən ibarətdir.

Yusif EYVAZLI