Mask 9 ildən sonra Yaponiyada

 19:52 18.08.2023     273

SpaceX və Tesla şirkətlərinin rəhbəri İlon Mask doqquz ildən sonra ilk dəfə Yaponiyaya gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Dünyanın ən zəngin adamı sonuncu dəfə 2014-cü ildə "Panasonic" ilə ABŞ-da akkumulyator zavodu tikmək üçün müqavilə bağlamaq üçün Asiya ölkəsinə səfər etmişdi.

Mask üç ildə ilk dəfə Çinə səfər etdikdən sonra bu, onun 2023-cü ildə Asiyaya ikinci səfəridir. Çində milyarder yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşüb və Şanxayda Tesla zavoduna baş çəkib.

Bloomberg həmçinin qeyd edib ki, Maskın keçmiş sevgilisi və iş adamından iki uşaq anası olan kanadalı müğənni Qrayms (Claire Boucher) avqustun 18-i axşam Tokio yaxınlığındakı Çibadakı Sonic Mania klubunda DJ-də çıxış edəcək.

Turan İSMAYIL