Böyük Britaniyada çox mutasiyaya malik koronavirusun yeni variantı TAPILDI

 20:17 18.08.2023     275

Böyük Britaniyada "BA.2.86" koronavirus variantı müəyyən edilib. 

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

"Biz "BA.2.86"nın Böyük Britaniyada müəyyən edildiyindən xəbərdarıq. Agentlik vəziyyəti qiymətləndirir və inkişaf etdikcə əlavə məlumat verəcək", - agentliyin rəhbərinin müavini Mira Çand bildirib.

London Universitet Kollecinin Genetika İnstitutunun direktoru Fransua Ballouxun fikrincə, BA.2.86 variantının delta və ya omikron ştammları qədər ölümcül olması ehtimalı azdır.

Yusif EYVAZLI